Fev 28, 2017 20:24 Asia/Baku
  • Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatında Amerikanın heç bir rolu yoxdur
    Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatında Amerikanın heç bir rolu yoxdur

İraqın mərkəzi polisinin 9-cu diviziyasının komandanı bildirib ki, Mosulun qərb hissəsinin İŞİD terrorçularından azad edilməsi əməliyyatında sadəcə iraqlı qüvvələr iştirak edir və terrorçuların mövqelərinə qarşı hava hücumlarının məsuliyyəti İraq ordusunun vertalyotları üzərinə düşür.

İraq ordusunun 9-cu diviziyasının komandanı Heymən Abbas Fazil Əddəfafei bu gün Mosulun qərəbində terrorçu İŞİD qrupu ilə döyüşlərin ön xəttində İRNA-ya verdiyi müsahibədə deyib: İraqın polis və sürətli reaksiya qüvvələri bu ölkə ordusunun vertalyotlarının dəstəyi ilə 4-cü körpünü azad ediblər və hal-hazırda Əl-Hərirə körpüsünü azad etməkdədirlər. Bu əməliyyatda Amerika qüvvələrinin kəşfiyyat xidmətlərindən başqa heç bir rolu yoxdur . 

Əddəfafei deyib: Mosulun cənubunda yerləşən 4-cü körpünün azad edilməsindən sonra İraq ordusunun vertalyotlarının dəstəyi ilə bu ölkənin polis və sürətli reaksiya qüvvələrinin müştərək əməliyyatı nəticəsində Diclə çayı üzərindəki 5 körpüdən biri olan Əl-Hərirə körpüsü azad edilmək ərəfəsindədir. 

Əddəfafeii Mosulun qərb hissəsində 800 min iraq vətəndaşının yaşadığını xatırladaraq deyib: Hesablamalara görə Mosulun qərb hissəsində sakinlərin 80 faizi öz ev-eşiklərində yaşamaqdadırlar. 

Teqlər