Mart 06, 2017 16:44 Asia/Baku
  • İraqın şimalı və Suriyadan on minlərlə nəfər didərgin düşüb
    İraqın şimalı və Suriyadan on minlərlə nəfər didərgin düşüb

Beynəlxalq Mühacirət Təşkilatı İraqın şimalından on minlərlə nəfərin didərgin düşməsindən xəbər verib.

IRIB-nin məlumatına görə, Beynəlxalq Mühacirət Təşkilatı dünən bildirib ki, İŞİD terror qrupunun İraqın Mosul şəhərində iştirakı bu ölkənin qərb məntəqələri əhalisindən 45 mindən çox insanın 2017-ci il fevralın 19-dan didərgin düşməsinə bais olub.

Beynəlxalq Mühacirət Təşkilatı xəbər verib ki, Mosul sakinlərindən 17 min nəfərdən çox insan yalnız 2017-ci il fevralın 28-də bu şəhərin qərbindən qaçıb və 13 min nəfərdən çox insan da martın üçündə ondan çıxmağa müvəffəq olubdur.

Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatı İraqın baş naziri Heydər Əlibadinin göstərişi və təqribən 100 min iraqlı qüvvənin iştirakı ilə 2017-ci il fevralın ortalarında başlanıb.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Bürosu da bildiribdir ki, Suriyanın şimalında 66 min nəfər xüsusən Türkiyə qüvvələrinin və türklərlə müttəfiq olan silahlı müxaliflərin hücumunda didərgin düşübdür.

Türkiyə ordusu 2016-cı ilin avqustunda İŞİD terror qrupu ilə mübarizə bəhanəsilə Suriyanın şimalındakı Əlbab şəhərini işğal etmək məqsədi və Ankaranın dəstək verdiyi suriyalı silahlı qrupların həmkarlığı ilə Fərat Qalxanı əməliyyatına başlayıbdır.

Teqlər