İraqın baş naziri Mosula daxil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261828-İraqın_baş_naziri_mosula_daxil_olub
İraqın baş naziri Mosulun Əl-İymən hissəsinin azad edilməsi əməliyyatın ilə yaxından tanış olmaq üçün bu şəhərə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2017 12:58 Asia/Baku
  • İraqın baş naziri Mosula daxil olub
    İraqın baş naziri Mosula daxil olub

İraqın baş naziri Mosulun Əl-İymən hissəsinin azad edilməsi əməliyyatın ilə yaxından tanış olmaq üçün bu şəhərə daxil olub.

İRİB-in verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi Mosula daxil olduqdan sonra, komandanlar qarşısında Mosul əməliyyatında mülkinin canının qorunmasının vacibliyini vurğulayıb və deyib: Mosulun dövlət binası və valilik binasının İŞİD terrorçularının işğalından azad edilməsi bu əməliyyatda böyük uğurdur. 

İraqın hərbi qüvvələri bu gün səhərçağı Mosulun valilik və dövlət binalarını eləcə də, Əddəvasə , Əddəndan və Nəbiyyəşşit bölgələrini, Mərkəzi bankın binasını, Mosul muzeyini və bu şəhərin Neynəva əməliyyatı qərargahını tamamiylə İŞİD terrorçularından təmizləyiblər. 

İraqın xalq səfərbər qüvvələri də, Mosulun cənub qərbində Əl-Hizr səhrasına hücum edərək, 10 İŞİD terrorçusunu və 3 bombalı avtomobili məhv ediblər.