Səudiyyə Ərəbistanı Yəmənə qarşı kasset bombalardan istifadə etməkdə davam edir
-
Səudiyyə Ərəbistanı Yəmənə qarşı kasset bombalardan istifadə etməkdə davam edir
Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, Səudiyyə Ərəbistanı ötən miladi ayında üçüncü dəfə olaraq Yəmənə qarşı kasset bombalardan istifadə edib.
İRNA-nın verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı bir hesabat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanı fevralın 15-də Yəmənin Sədə vilayətində 3 yaşayış məntəqəsinə qarşı Braziliya istehsalı olan kasset bombalardan istifadə edib, nəticədə iki mülki yaralanıb.
Bu hücum Braziliya, Səudiyyə Ərəbistanı və Amerikanın BMT Baş Assambleyasında kasset bombalardan istifadəni qadağan edən layihəyə səs verməkdən boyun qaçırmalarından sadəcə bir neçə gün sonra baş tutub.
Beynəlxalq Amnistiya Təşkilatı öncə də bir bəyanat yayaraq Yəməndə partlamamış kasset bombaların bu ölkənin bəzi bölgələrini minna sahələrinə çevirdiyinə dair xəbərdarlıq etmişdi.
Səudiyyə Ərəbistanı 2015-ci il oktyabr və 2016-cı il may ayında kasset bombalarla Yəmənin bəzi vilayətlərini hədəfə almışdır.