Şeyx Əli Salmanın Ali-Xəlifəyə xəbərdarlığı
Bəhreyn Əlvifaq islami cəmiyyətinin həbsdə olan baş katibi Şeyx Əli Salman "Murafiə Vətən" adlı kitabında bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimə qarşı hər cür hökmün çıxarılması haqda Ali-Xəlifə rejiminə xəbərdarlıq edib.
Əlaləm telekanalının məlumatına görə, Bəhreyn Əlvifaq islami cəmiyyətinin parlament fraksiyasının sabiq nümayəndəsi Şeyx Hussəyn Sultan, Şeyx Əli Salmanın "Murafiə Vətən" adlı kitabının Livanın Beyrut şəhərindəki təqdimat mərasimində vurğulayıb: Martın 9-da Bəhreyn xalqının yarısının Şeyx İsa Qasimın çağırışı ilə küçələrə çıxmasının şahidi olduq.
Ərəb partiyalarının baş katibi Qasim Salih də vurğulayıb: Rejimin Şeyx Salmana məhkəmədə özünü müdafiə etməyi qadağan etməsi onun özünü müdafiə üzrə haqqının pozulmasının nişanəsidir.