Ərəbistanda iki silah anbarı məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262758-Ərəbistanda_iki_silah_anbarı_məhv_edilib
Yəmənin ordu və xalq qüvvələri Ərəbistanın Əsir vilayətində səud ordusunun iki silah anbarını məhv edə biliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2017 08:24 Asia/Baku
  • Ərəbistanda iki silah anbarı məhv edilib
    Ərəbistanda iki silah anbarı məhv edilib

Yəmənin ordu və xalq qüvvələri Ərəbistanın Əsir vilayətində səud ordusunun iki silah anbarını məhv edə biliblər.

Səbanet xəbər agentliyinin məlumatına görə, yəmənli qüvvələr habelə Yəmən-Ərəbistan sərhədində yerləşən Əlrəbuiyyə məntəqəsinin şərqində Əlhacir bazasına hücum edərək, səudların iki avtomobilini məhv ediblər.

Belə bir halda, Yəmənin Əlməsirə telekanalı Marəb-də bir qrup səud muzdurunun ölməsi və yaralanmasından xəbər verib.

Bu telekanal habelə bildirib ki, Yəməndə xalq fəaliyyətlərinin təşkilat komitəsi bu ölkə vətəndaşlarından istəyibdir ki, cümə gününədək "Təcavüz və mühasirə ilə müxalifət" adı altında geniş aksiyada iştirak etsinlər.

Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Hadi Mənsuru hakimiyyətə qaytarmaq məqsədilə bir neçə ölkə ilə yanaşı 2015-ci ilin martında Yəmənə qarşı hücuma keçib. Bu hərbi təcavüz indiyədək on iki mindən çox yəmənlinin öldürülməsi və on minlərlə nəfərin yaralanmasından savayı heç bir nəticə verməyibdir.