Mart 18, 2017 12:48 Asia/Baku
  • Suriya sionist rejimin təcavüzkarlığı haqda BMT-yə etiraz məktubu göndərib
    Suriya sionist rejimin təcavüzkarlığı haqda BMT-yə etiraz məktubu göndərib

Suriya Xarici İşlər Nazirliyi sionist rejimin Suriyanın suverenliyini, eləcə də BMT qətnamələrini və beynəlxalq hüquqları aşkar şəkildə pozmaq üzrə hərəkətinə etiraz olaraq, BMT-nin baş katibinə və bu təşkilatın təhlükəsizlik şurasının sədrinə iki məktub göndərib.

Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, Suriya Xarici İşlər Nazirliyinin BMT-nin baş katibinə və bu təşkilatın təhlükəsizlik şurasının sədrinə göndərdiyi məktublarda vurğulanıb: İsrail rejiminin özünün Suriyaya qarşı təcavüzkar hücumlarını əsaslandırmaq üzrə bəhanələri ümumi fikri yayındırmaq üzrə dəyərsiz cəhdlərdir.

Suriya Xarici İşlər Nazirliyi bu məktublarda bildirib ki, İsrail rejimi hər dəfə Livanın cənubunun bir hissəsi, Fələstin əraziləri və Suriyanın Cövlan yüksəkliklərinin qanunsuz işğalının davam etdirilməsini əsaslandırarkən nakam qalır. O, BMT-nin baş katibindən və bu təşkilatın təhlükəsizlik şurasının sədrindən istəyibdir ki, İsrail rejiminin aşkar təcavüzkarlığını pisləsinlər.

Suriya Xarici İşlər Nazirliyi həmçinin BMT-dən sionist rejimi Suriyada terrorizmə dəstək verməyə son qoymağa və təhlükəsizlik şurasının terrorizmlə mübarizə və Cövlan yüksəkliklərindən geri çəkilməyə dair qətnamələrinin icrasına vadar etməsini istəyib.

Belə bir halda, Suriya ordusu və bu ölkənin müttəfiqlərinin əməliyyat otağı da sionist rejim qırıcılarının hücumlarına etiraz olaraq, bir bəyanat yayıb. Bəyanatda sionist rejimin cümə günü səhər tezdən Suriyaya qarşı hava hücumlarında məqsədin bu rejimin və ABŞ-ın birbaşa surətdə terrorçu və silahlı qrupları himayə etmələri olduğu vurğulanıb.

Bəyanatda deyilir: Suriya ordusunun Tədmurun ətrafındakı mövqelərinə qarşı son bombardman İsrail rejiminin Suriyada müqavimət mehvərinə qarşı fitnəkarlıqdakı əsas roluna bir dəlildir.

Sionist rejimin dörd ədəd qırıcısı Əlbric məntəqəsində Humsun şərq ətrafında yerləşən Tədmur istiqamətində hərbi mərkəzlərdən birini hədəfə alıbdır ki, Suriya ordusunun hava hücumundan müdafiə qüvvələrinin atəşlərilə üzləşdikdən sonra onlardan biri vurularaq, yerə salınıb. Yerdə qalan təcavüzkar qırıcılar aradan çıxmağa məcbur olublar.

Teqlər