Yəməndə səud muzdurlarının tələfatı artıb
-
Yəməndə səud muzdurlarının tələfatı artıb
Yəmən ordusunun raket bölmələrinin bu ölkənin mərkəzində səud muzdurlarının mövqelərinə qarşı hücumunda bir qrup səud muzduru öldürülüb.
IRNA-nın məlumatına görə, Yəmən ordusunun raket bölmələri cümə günü bu ölkənin mərkəzindəki Marəb vilayətində yerləşən Kufil qarnizonuna qarşı raket hücumları həyata keçiriblər ki, bu hücumlarda azı 23 Ərəbistan muzduru öldürülüb və 40 nəfərdən çox muzdur da yaralanıbdır.
Yəmənli qüvvələr habelə bu ölkənin cənubunda yerləşən Təiz vilayətinin Əlməafir şəhərində səud muzdurlarına aid bir hərbi avtomobili məhv ediblər.
Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket bölməsi həmçinin Təiz vilayətinin Əlməxa şəhərinin şərqində səud təcavüzkarları və muzdurlarının mövqelərini raketlə məhv edərək, bir qrup səud muzdurunu öldürübdür.
Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket bölməsi Ərəbistanın cənubundakı Cizan şəhərində yerləşən Aramko şirkətini də raket hədəfinə alıbdır.
Digər tərəfdən, Ərəbistan vertolyotları Təiz vilayətindəki Əlzəhhar məntəqəsini və Əlməxa şəhərinin sahillərini hava və dənizdən hücumlara məruz qoyublar.
Ərəbistanın 2015-ci ilin martından bəri Yəmənə qarşı hücumları Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Hadi Mənsuru hakimiyyətə qaytarmaq məqsədilə həyata keçirilib.
Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsi on mindən çox insanın qırğın edilməsi, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkənin infrastruktur təsisatlarının dağılmasına bais olubdur.