Mosul tam azad edilmək ərəfəsində
Müştərək əməliyyat komandanı bildirib ki, İŞİD Mosulun qərbində bütün istiqamətlərdən mühasirə olunub.
Əliraqiyyə telekanalının məlumatına görə, İraq ordusunun hərbi bölmələri və müştərək qüvvələr Mosulun qərbində İŞİD qrupundan yerdə qalan terrorçulara qarşı mühasirə halqasını daha da daraldıb və bu şəhərin məntəqələrindən geniş əraziləri azad ediblər.
İraqın xalq səfərbər qüvvələrinin komandanları da Baduş məntəqəsində yardım və nicat əməliyyatının icrasına toxunaraq, bildiriblər ki, İŞİD terrorçuları Suriyaya tərəf qaça bilməzlər. Bu məlumata görə, Baduşun tam şəkildə azad edilməsi və təmizlənməsindən sonra təhlükəsizlik qüvvələri bomba istehsalı emalatxanaları və terrorçuların əsas komandanlıq mərkəzinin aşkarlanıb, müsadirə olunmasından əlavə, yer altında tunellər aşkarlayıblar ki, onda bu məntəqələrdə İŞİD üzvlərinin hərəkətlərinin xəritəsi və terror başçılarının adları daxil olmaqla İŞİD-in mühüm informasiyalarına malik olan bir neçə kompüter və rabitə vasitəsi olub.