Pakistanda anti-terror aksiya
Minlərlə pakistanlı Paraçinarda törədilən terror aktına etiraz olaraq aksiya keçirib.
Ötən gün Pakistanın Xeybər İcensi vilayətinin Paraçinar məntəqəsində şiələrin hüseyniyəsi yaxınlığında bomba quraşdırılmış bir avtomobilin partladılması 74 nəfərin ölməsi və 90 nəfərin yaralanmasına səbəb olub.
Hadisənin məsuliyyətini Əhrar Camaatı adlı terror qruplaşması öz üzərinə götürüb.
İRİB-nin verdiyi məlumata görə, Paraçinar, Lahur, Kəraçi, Multan, Kvetta və Ravəlpendi şəhərlərinin sakinləri Paraçinarda törədilən terror aktına etiraz olaraq aksiyak eçirib.
Aksiya iştirakçıları Ərəbistan, İsrail və Amerikanı Pakistandakı terrorçu qruplaşmaları himayə etməkdə ittiham edibər.
Əllamə Mirzə Yusif Hüseyn, Əllamə Abid Hüseyn Hüseyni və Əllamə Mübarək Musəvi daxil olmaqla tanınmış din alimlərinin də iştirak etdiyi bu etiraz aksiyasında Nəvaz Şərif hökumətinin terrorizm ilə mübarizədə ciddi olmamasını bu kimi terror hücumlarının təkrarlanmasının başlıaca amili adlandırılıb.
Din alimləri bildiriblər ki, Pakistan hökuməti Amerika, İsrail və Ərəbistandan qorxduğu üçün təkfirçi qruplara qarşı təsirli mübarizə aparmır. Çünki, onlar terrorizmin məhvini istəmirlər.