Apr 06, 2017 19:28 Asia/Baku
  • Sionistlərin Məscidül-Əqsaya hücumu
    Sionistlərin Məscidül-Əqsaya hücumu

50 nəfər sionist qəsəbə sakini bu gün sionist rejim polisinin dəstəyi ilə Məscidül-Əqsaya hücum edərək bu məscidi təhqir ediblər.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist qəsəbə sakinləri həftə ərzində dəfələrlə Məscidül-Əqsaya daxil olur və bu müqəddəs məkanın gözətçiləri ilə toqquşurlar. 

İsrail-Fələstin məsələləri üzrə araşdırma mərkəzinin məlumatına görə, sionist qəsəbə sakinlərinin Məscidül-Əqsaya hücumları artmaqdadır. 

2017-ci il mart ayında 782 sionist qəsəbə sakini Məscidül-Əqsanı təhqir etmişlər, bu rəqəm Mart ayı üçün 960 nəfər təşkil edir. 

İfratçı yəhudi təşkilatları mart ayında təkrar çağırışlar edərək sionistlərin Məscidül-Əqsaya geniş və kütləvi hücumunu istəmişdilər. 

Məscidül-Əqsa sionist hərbçilər və qəsəbə sakinlərinin bu müqəddəs məkanın islami və xristian mahiyyətini məhv etmək və sionist atributları ilə əvəz etmək məqsədli hücumlarının hədəfindədir. Fələstinlilər bu hücumlara qarşı 2015-ci il oktyabr ayından Qüds intifazəsinə başlayıblar. 

Teqlər