Mosulun qərbində daha bir qrup İŞİD-çi məhv edilib
İraqın ordusu və xalq qüvvələrinin terrorçuların Mosulun qərbindəki mövqelərinə qarşı hücumlarında azı 13 İŞİD terrorçu və onların bir neçə avtomobili məhv edilib.
Russiya Əlyəum kanalının məlumatına görə, İraqın ordusu və xalq qüvvələrinin Mosulun qərbindəki irəliləyişləri İŞİD-çilərin Məscid Əlnuri ətrafına geri çəkilmələrilə nəticələnib.
Qədim Mosul məntəqəsində yerləşən Məscid Əlnuri İŞİD başçısı Əbu Bəkr Əlbəğdadinin təqribən üç il bundan öncə öz üzdəniraq xilafətini elan etdiyi məkandır.
Belə bir halda, Misirin Əlyəum Əlsabə xəbər portalının Mosuldakı yerli mənbələrə istinadlı məlumatına görə, İŞİD partlayıcı maddələrin Mosulun qərbinə köçürülməsi və avtomobillərə bomba qoyulması üçün uşaqlar və yeniyetmələrdən istifadə edir.
Deyilənlərə görə, avtobillərə bombanın qoyulduğu emalatxanalara partlayıcı maddələr daşıyan uşaqların yaşı 12 ilə 14 arasındadır.
İŞİD İraqın ordusu və xalq qüvvələrinin İŞİD-çilərin Mosuldakı mövqelərinə qarşı hücumlarını əngəlləmək üçün daim mülkilərdən insan qalxanı kimi istifadə edir.
Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrında İraqın baş naziri Heydər Əlibadinin fərmanı ilə başlandı və iraqlı qüvvələr Mosulun şərqini azad etdilər.
Mosulun qərb hissəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı da 2017-ci ilin fevralından başlanıbdır. Mosul İŞİD-in İraqdakı sonuncu bazasıdır.