ABŞ-ın 11 tonluq bombasının Əfqanıstan və Pakistana ziyanları
Pakistan mediyaları bildiriblər ki, Amerikanın ən iri bombasını Əfqanıstanın Nəngərhar vilayətinə atması Pakistanın sərhəd bölgələrinə də ziyan vurub.
İRNA-nın verdiyi məlumata görə, bombaların anası ləqəbini almış bu bombanın yüksək partlayış gücü Pakistan-Əfqanıstan sərhəd bölgəsində yerləşən Korəm İcensi qəbilə sakinli əraziyə ziyanlar vurub.
Pakistanın qəbiləvi bölgələrinin kənd sakinləri deyiblər ki, Əfqanıstana qarşı bomba atılarkən zəlzələyə bənzər təkanlar hiss ediblər və bu təkanlar nəticəsində bir neçə kənd evi dağılıb və bəziləri də yararsız vəziyyətə düşüb.
Nənqərhar ərazisində yaşayan bəzi uşaqlar da eşitmək qabiliyyətlərini itiriblər.
ABŞ ordusu cümə axşamı günü özünün in böyük qeyri-nüvə bombasını Əfqanıstanın Nəngərhar vilayətinin Açın şəhərinin ətrafına atdı və bunun nəticəsində onlarla adam öldü.