Pakistanın şimal-qərbində bomba partlayışı; ölənlərin sayı artıbdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267008-pakistanın_şimal_qərbində_bomba_partlayışı_ölənlərin_sayı_artıbdır
Pakistanın şimal-qərbindəki qəbiləvi bir məntəqədə bomba partlayışında həlak olanların sayı 13 nəfərə çatıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2017 15:05 Asia/Baku
  • Pakistanın şimal-qərbində bomba partlayışı; ölənlərin sayı artıbdır

Pakistanın şimal-qərbindəki qəbiləvi bir məntəqədə bomba partlayışında həlak olanların sayı 13 nəfərə çatıbdır.

Daxil olan məlumata görə, bu gün Pakistanın şimal-qərbindəki qəbiləvi bir məntəqədə yerləşən bir kənddə bir sənişin avtomobilinin hərəkəti yolunda baş vermiş bomba partlayışı nəticəsində 13 nəfər, o sıradan üç qadın və dörd uşaq həlak olub.

Partlayışda bir qrup insan da yaralanıbdır.

Bundan öncə partlayışda ölənlərin sayının beş, yaralananların sayının isə 11 nəfər olması haqda məlumatlar yayılmışdı.

Ölən və yaralananlar xəstəxanaya köçürülüblər.

İndiyədək heç bir qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyib.