May 11, 2017 11:38 Asia/Baku
  • BMT: Yəmənin Təiz və Hədidə vilayətlərində 500 min nəfər didərgin düşüb
    BMT: Yəmənin Təiz və Hədidə vilayətlərində 500 min nəfər didərgin düşüb

BMT-nin Baş Mühacirlər Komissarlığında Yəmən şöbəsinin sözçüsü deyib: Savaşa və insan durumunun daha da pisləşməsinə görə, Yəmənin Təiz və Hədidə vilayətlərində 100 mindən 500 min nəfərədək insan didərgin düşüb.

Frans-Press-in məlumatına görə, Şəbia Mentevo toqquşmaların artmaması halında belə, Yəməndə insani vəziyyətin pisləşməkdə olduğunu bildirərək, söyləyib ki, Hədidədə yetərincə qida maddələri çatışmazlığı nəticəsində mühacirətin artması bu şəhərdə böhranın şiddətlənməsinə bais olubdur.

Beynəlxalq təşkilatların məlumatlarına görə, səud muzdurlarının hücumlarının başlanmasından bəri 12 mindən çox yəmənli həlak olub, milyonlarla nəfər də didərgin düşbüdür.

Səud muzdurlarının Yəmənə qarşı hücumları bu ölkə əhalisinin altmış faizinin diri qalmaq üçün hər gün minimum qida maddəsi tapmaqdan ötrü səy göstərməsinə bais olubdur.

BMT bildiribdir ki, Yəmənin əksər vilayətləri qıtlıq içindədir.

Ərəbistan ABŞ-ın, eləcə də özünün qərbli və ərəb müttəfiqlərinin himayələrilə 2015-ci ilin martında Yəmənə qarşı hücum etdi. Ərriyad Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə bu ölkəni qurudan, dənizdən və havadan mühasirəyə alıbdır.

Teqlər