Həşdüş-Şəəbi Mosulun qərbində uğurlu əməliyyat keçirib
İraqın Həşdüş-Şəəbi qüvvələri Mosul şəhərinin qərbində bir sıra bölgələri İŞİD terror qruplaşmasının işğalından tam şəkildə azad edib.
Əl-Aləm televiziyasının məlumatına görə, Kütləvi İnformasiya Vasitələri bildiriblər ki, Mosulun qərb hissəsində bölgələrin azad edilməsi əməliyyatı çərçivəsində Həşdüş-Şəəbi qüvvələri bazar ertəsi günü Mosulun qərbində əl-Qəyrəvan şəhərinin cənubunda Kərkəş bölgəsini İŞİD-in işğalından azad edib və təmizləmə əməliyyatına başlayıblar.
Məlumata görə, İraq xalq səfərbər qüvvələri əl-Qəyrəvanın cənubunda Sultan kəndini də İŞİD terror qruplaşmasının işğalından azad ediblər.
İraqın hərbi rəsmilərinin dediyinə görə, indiyə qədər Mosul şəhərinin 90%-i İŞİD terrorçularının işğalından azad edilib.
İraq Müdafiə Nazirliyi mübarək Ramazan ayına qədər Mosul şəhərinin tam şəkildə azad ediləcəyini vəd edib.
Bu arada Həşdüş-Şəəbi qüvvələri İraqın qərbində yerləşən əl-Anbar vilayətinin səhrasında önləyici əməliyyatda İŞİD-in üç qərargahı və bir silah anbarını aşkarlayıblar.