Mosulun azad edilməsi əməliyyatının son etapı
-
Mosulun azad edilməsi əməliyyatının son etapı
İraqlı qüvvələr Mosulun azad edilməsi əməliyyatının yekun mərhələsinə başlayaraq, İŞİD terrorçularının son sığınacağı olan Mosulun qədim hissəsinə doğru bütün istiqamətlərdən hücuma keçiblər.
Mosulun azad edilməsi əməliyyatının son mərhələsinə start verildi. İraq silahlı qüvvələri komandanı Mosuldakı son terrorçuların artıq tam mühasirəyə alındığı və bu şəhərin tez bir zamanda terrorçuların işğalından tam şəkildə azad ediləcəyi barədə məlumat verib.
İŞİD Mosulda son günlərini yaşayır. İraqlı qüvvələr “17 Temmuz” və “Zənciri” məhəllələrində mövqelərini möhkəmləndirərək, İŞİD terrorçularının nəzarəti altında qalan yeganə “Qədim Mosul” məntəqəsinə qarşı geniş hərbi əməliyyatlara hazırlaşırlar.
Mosul əməliyyatı komandanlığı isə şəhərin yaxın günlərdə tam şəkildə azad ediləcəyindən xəbər verərək, şəhər sakinlərinə İŞİD-in avtomobillərindən istifadə barədə xəbərdarlıq edərək, bu nəqliyyat vasitələrinə bomba quraşdırılması ehtimalının diqqətə alınmasını istəyib.
Ordu generalı Samir Hüseyni – Sürətli Reaksiya Qüvvələri Komandanı:
"Mosulun şimalı tam şəkildə azad edilib və şəhərin qədim hissəsi də qarşıdan gələn günlər ərzində azad ediləcək."
Mosulun qərbi və cənubunda xalq qüvvələri 38 gün davam edən döyüşlərin sonunda Qeyrəvan şəhərinin ətraf məntəqələrini azad ediblər. Bu qüvvələr ilə birlikdə Qeyrəvan şəhərinə kimi getdik. Bu məntəqə Suriya sərhədlərinə qədər uzanan 6 min kvadrat kilometrlik böyük bir ərazini əhatə edir.
Əbu Mənzər Hüseyni – Xalq Qüvvələri Qərargahının komandanı:
"Bu ərazinin terrorçulardan təmizlənməsi heç də asan iş deyildi. İŞİD bu ərazini İraq və Suriya rasında terrorçuların əsas əlaqə yoluna çevirib."
Artıq qaçmağa yolu olmayan İŞİD terrorçuları isə özlərini partlatmaqdan başqa çıxış yolu görmürlər. Bu intihar əməliyyatları isə terrorçuların yolunun sonuna çatmasından və onlaraın tamamilə ümidsizliyə qapılmasından xəbər verir.