May 17, 2017 19:57 Asia/Baku
  • Yəmən Ənsarullahı: Ərəbistan Yəmənin parçalanmasında məsuliyyət daşıyır

Yəmən Ənsarullahının Ali Siyasi Şurası bir bəyanatda BMT-nin Təhlükəsizlik Şurası, Birləşmiş Ərəb Əmirlikləri və Ərəbistanın Yəməndəki faciəli durumda məsuliyyət daşıdıqlarını bildirib.

Əlməsirə informasiya kanalının məlumatına görə, Yəmən Ənsarullahının Ali Siyasi Şurası bu bəyanatda əlavə edib: Yəmənin düşmənlərinin hədəfi, bu ölkənin parçalanmasıdır ki, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin çətri altında icra olunmaqdadır.

Bu bəyanatda həmçinin vurğulanıbdır ki, Əbd Rəbbuh Mənsur Hadinin himayədarları, o sıradan BMT vaxtı hədər etmək, dünya ictimaiyyətini yayındırmaq və siyasi müzakirələri tətilə çəkmək niyyətindədir. 

Yəmən Ənsarullahının Ali Siyasi Şurası bildirib: Bu gün Yəmənin parçalanması fitnəsinin bir hissəsi Amerika, İngiltərə və sionist rejim başda olmaqla dünyanın zalım qüvvələrinin xeyrinədir.

Bu şura bəyanatın sonunda Yəmən xalqının düşmən qarşısında dayanması və onların fitnələrinin məğlub edilməsini vurğulayıbdır. Ərəbistan bir neçə ərəb ölkəsi və ABŞ-ın himayəsilə 2015-ci ilin martında Yəmən xalqına qarşı hücuma başlayıbdır.

Teqlər