Ərriyada raket atılıb
-
Ərriyada raket atılıb
ABŞ prezidentinin Ərəbistan səfəri ilə bir vaxtda Yəmənin ordusu və xalq komitələri Ərriyada tərəf bir raket atıblar.
ABŞ prezidenti Donald Tramp özünün ilk xarici səfərini həyata keçirmək üçün dünən Ərəbistan paytaxtına yola düşüb.
Əlməyadin telekanalı Yəməndəki hərbi bir mənbəyə istinadla bildirib ki, müştərək Yəmən qüvvələri Ərəbistanın paytaxtı Ərriyadı hədəfə alıblar.
Yəmənin Əlməsirə telekanalı da Yəmən ordusunun sözçüsünə istinadla bildiribdir ki, Ərriyada tərəf ballistik raketin atılması mesajı budur ki, Yəmən təcavüzkarlarla qarşılaşmağa hazırdır.
Bundan öncə də Yəmənin ordusu və xalq komitələri səud hərbçilərinin Ərriyad yaxınlığındakı hərbi mövqelərini raket hücumlarına məruz qoymuşdular.
Ərəbistan ABŞ və İngiltərənin himayəsilə 2015-ci ilin martında Yəmən xalqına qarşı hücuma başlayıb və indiyədək 12 mindən çox yəmənlini öldürübdür.