ÜST: Yəməndə vəba epidemiyası 50% artıb
Ümumdünya Səhiyyə Təşkilatı Səudiyyə Ərəbistanının təcavüzü nəticəsində Yəməndə vəba xəstəliyinə yoluxanların sayının 50% artdığını bildirib.
Press TV-nin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı bildirib: 27 apreldən Yəməndə vəba yayılmağa başlayıb. İndiyə qədər bu xəstəliyə yoluxmaqla bağlı 35 min 217 hal qeydə alınıb.
Cümə günü Ümümdünya Səhiyyə Təşkilatının Yəmən üzrə nümayəndəsi Nevio Zaqaria bu ölkədə vəba xəstəliyinə yoluxanların sayını 23 min 500 nəfər elan etmişdi.
Onun sözlərinə görə, indiyə qədər 242 yəmənli vəba xəstəliyi nəticəsində dünyasını dəyişib.
Səudiyyə Ərəbistanının Yəmənə hərbi təcavüzü bu ölkəni ərzaq maddələri və dərman preparatlarının çatışmazlığı ilə üzləşdirib və vəba kimi çoxlu xəstəliklərin yayılmasına səbəb olub.