ABŞ və İsrai istehsalı olan silahlar Suriyanın Homs vilayətində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270582-abŞ_və_İsrai_istehsalı_olan_silahlar_suriyanın_homs_vilayətində
Suriya ordusunun mühəndislik bölməsi terrorçuların işğalından azad edilmiş məntəqələrdə ABŞ və İsrail istehsalı olan silahların aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2017 16:24 Asia/Baku
  • ABŞ və İsrai istehsalı olan silahlar Suriyanın Homs vilayətində
    ABŞ və İsrai istehsalı olan silahlar Suriyanın Homs vilayətində

Suriya ordusunun mühəndislik bölməsi terrorçuların işğalından azad edilmiş məntəqələrdə ABŞ və İsrail istehsalı olan silahların aşkar edilməsindən xəbər verib.

SANA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu cümə axşamı bir əməliyyatda Homsda yerləşən Əl-Vəər məntəqəsini terrorçulardan təmizləyib. Bu əməliyyat zamanı ABŞ istehsalı olan bir neçə ədəd raket və İsrail istehsalı olan minaatanlar aşkar edilib. Bu silahlar terrorçuların sığınacaqlarında ələ keçirilib. 

Həmçinin, terrorçuların sığınacaqlarında İsrail istehsalı olan bombalar, raket platformaları, ağır və yüngül silah habelə, bir sıra hərbi sursat aşkar edilib.