Misirin Şimali Sina vilayətində terror hücumu
Misirin təhlükəsizlik qüvvələrindən dörd nəfər terrorçuların Misirin Şimali Sina vilayətindəki iki hücumu zamanı öldürülübdür.
IRNA-nın məlumatına görə, misirli təhlükəsizlik mənbələri bildiriblər ki, Misirin təhlükəsizlik qüvvələrindən üç nəfər Qəzzə sərhədi yaxınlığındakı Rəfəh şəhərinin qərbində zirehli bir avtomobilin partlaması nəticəsində, bu qüvvələrdən digər bir nəfər isə terrorçuların Şimali Sina vilayətinin mərkəzi olan Ələriş şəhərində atəş açmaları nəticəsində ölüb və terrorçular da sonda aradan çıxıblar.
Misirli təhlükəsizlik mənbələri qeyd ediblər ki, ötən bazar günü Şimali Sina vilayətinin Əlhəsənə şəhərində zirehli bir avtomobilin partlaması nəticəsində təhlükəsizlik tapşırığını yerinə yetirən misirli bir zabit ölüb, üç əsgər də yaralanıbdır.
Misir Sinası 2014-cü ilin noyabrından İŞİD-lə həmkarlığa başlamış terror qruplarının fəaliyyət məkanıdır.
Silahlı qrupların son illərdəki əksər hücumları İŞİD terror qrupunun tabeliyində olan Ənsari-Beytulmuqəddəs qrupu tərəfindən Şimali Sina məntəqəsində həyata keçirilibdir.