Səudiyyə və BƏƏ Qatar xalqının iradəsini qırmaq istəyirlər
Yəmən Ənsarullah Hərəkatının sözçüsü deyib: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Yəməndəki uğursuzluqlarından sonra Qatar xalqı və dövlətinin iradəsini sarsıtmaq niyyətindədirlər.
İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Əbdüssalam dünən yəmənli alimlər və tanınmış simaların iştirakı ilə keçirilən iclasda deyib: Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qatar ilə diplomatik əlaqələri kəsmələri, onların ABŞ-ın ekspansionist planlarının icrası istiqamətindəki təcavüzkar siyasətini isbatladı .
Ənsarullahın sözçüsü deyib: Səudiyyə Ərəbistanı və BƏƏ-nin sionist rejim ilə əlaqələri var və bu da bütün ərəb və region xalqlarına qarşı təhlükədir. Əbdüssalam Yəmən alimlərinin dəstəyi ilə təcavüzkar düşmənə qarşı daxili cəbhənin gücləndirilməsinə təkid edib.