İyun 09, 2017 19:18 Asia/Baku
  • Bəhreyn xalqı Ali-Xəlifənin cinayətlərinə etiraz edib
    Bəhreyn xalqı Ali-Xəlifənin cinayətlərinə etiraz edib

Bəhreyn xalqı dünən axşamçağı bu ölkənin din xadimlərinin çağırışına ləbbeyk deyərək, kəskin təhlükəsizlik məhdudiyyətlərinə rəğmən, Bəhreynin bir çox məntəqəsində küçələrə çıxıbdır.

ISNA-nın məlumatına görə, Bəhreyn xalqı bu aksiyalarda "Allahu-Əkbər!" şüarları verərək, Ali-Xəlifənin xəfiyyə qüvvələrinin Əldiraz məntəqəsinə hücum etmələrinə, bu ölkənin tanınmış ruhanisi Şeyx İsa Qasimin mənzilini mühasirəyə almalarına, eləcə də bəhreynli gəncləri həbs etmələri və ya onları öldürmələrinə qarşı öz hiddətini ifadə edibdir.

Bəhreyn xalqı həmçinin Ali-Səud rejimi hərbçilərinin Ərəbistanın Qətif şəhərinə qarşı hücumunu pisləyibdir.

Ali-Xəlifənin xəfiyyə qüvvələri də Bəhreyn xalqının aksiyalarını yatırtmaq, onlara tərəf güllə atmaq və gözyaşardıcı qazlar buraxmaqla onları hədəfə alıblar.

Teqlər