Sionist hərbçilər Məsciduləqsaya qarşı geniş hücuma keçiblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273374-sionist_hərbçilər_məsciduləqsaya_qarşı_geniş_hücuma_keçiblər
Çoxlu sayda sionist hərbçi Məsciduləqsaya hücum edərək, fələstinli namazqılanları öz mühasirəsinə alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2017 07:13 Asia/Baku
  • Sionist hərbçilər Məsciduləqsaya qarşı geniş hücuma keçiblər
    Sionist hərbçilər Məsciduləqsaya qarşı geniş hücuma keçiblər

Çoxlu sayda sionist hərbçi Məsciduləqsaya hücum edərək, fələstinli namazqılanları öz mühasirəsinə alıbdır.

Fələstin informasiya mərkəzinin məlumatına görə, bu gün sionist hərbçilərin Məsciduləqsaya qarşı geniş hücumu ilə sionist hərbçilər ilə fələstinli namazqılanlar arasında toqquşmalar baş verib.

Sionist hərbçilər fələstinlilərə tərəf gözyaşardıcı qaz buraxıblar ki, nəticədə bir qrup fələstinli boğuntu halına düşübdür.

Sionist işğalçılar Məsciduləqsanın müdirini iki digər fələstinli ilə yanaşı həbs ediblər.