Bəhreynin 14 Fevral hərəkatı Ümumdünya Qüds Günü ilə bağlı çağırış etdi
İyun 21, 2017 20:55 Asia/Baku
Bəhreynin 14 Fevral inqilabı gənclər koalisiyası bir bəyanat yayaraq, Bəhreyn xalqı və ərəb xalqlarını Ümumdünya Qüds Günü yürüşündə iştirak edərək, Fələstin xalqına dəstək verməyə çağırıb.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda deyilir: Bu gün Fələstin ABŞ başda olmaqla dünya imperializmi tərəfindən təhlükəli bir fitnə ilə üz-üzədir.
Bəyanatda daha sonra deyilir: İmam Xomeyni(rə)-in rəhbərliyi ilə İran İslam İnqilabının qələbə çalması Fələstin məsələsinin diqqət mərkəzində izlənilməsinə səbəb oldu və Ramazan ayının son cümə gününün Ümumdünya Qüds Günü elan edilməsi Ərəb və müsəlman xalqlar arasında birlik və vəhdət xarakteri daşıyır.