Fələstinli uşaqların qırğını barədə son statistikalar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273918-fələstinli_uşaqların_qırğını_barədə_son_statistikalar
Fələstinin İnformasiya Nazirliyi xəbər veribdir ki, sionist hərbçilər Ələqsa İntiazəsinin başlandığı 2000-ci ildən bəri üç mindən çox fələstinli uşağı şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2017 04:37 Asia/Baku
  • Fələstinli uşaqların qırğını barədə son statistikalar

Fələstinin İnformasiya Nazirliyi xəbər veribdir ki, sionist hərbçilər Ələqsa İntiazəsinin başlandığı 2000-ci ildən bəri üç mindən çox fələstinli uşağı şəhid ediblər.

IRNA-nın məlumatına görə, fələstinli-italyan xəbər agentliyi-"İnfopal" Fələstinin İnformasiya Nazirliyinə istinadla və Ümumdünya Qüds günü ərəfəsində bildiribdir ki, sionist hərbçilər həmçinin on üç mindən çox fələstinli uşağa zərbə vurub, 12 mindən çox uşağı da həbs ediblər. 300 fələstinli uşaq hələ də sionist rejimin əsirliyindədir.

Fələstinin İnformasiya Nazirliyi vurğulayıb: Sionist rejim məhbəslərində saxlanılan fələstinli uşaqların 95 faizi işgəncəyə və sui-istifadəyə məruz qalıbdır.

Fələstinin İnformasiya Nazirliyi sonra bildirib: İşğalçılar hər il bütün şəhərlərdə təqribən 700 fələstinli uşağı həbs edirlər. Onlar 2015-ci ilin oktyabrından 2016-cı ilin sonlarınadək təqribən iki min fələstinli uşağı həbs ediblər.