İŞİD-in İraqda separatçı xilafəti sona çatdı
İraqın dövlət televiziyası Mosulda İŞİD terror qruplaşmasının devrildiyini bildirib.
Əl-Aləm televiziyasının məlumatına görə, İraq qüvvələrinin Mosulda Ən-Nuri Came məscidini ələ keçirməsi ardınca, İraqın Müdafiə Nazirliyi Mosulda İŞİD-in işğal etdiyi heç bir bölgənin qalmadığını bildirib.
"Qadimun Ya Neynəva!" (Ey Neynəva, biz gəlirik!) Əməliyyatının komandanı Əbdüləmir Əbdürrəşid Yarəllah deyib: İraqın Terrorizmlə Mübarizə Təşkilatının qüvvələri Ən-Nuri Came Məscidi, əl-Hədba və əl-Sərcəxanə bölgələrini terroruların işğalından azad edib və irəliləyiş davam etməkdədir.
İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadi 2014-cü ilin iyun ayında Ən-Nuri məscidində öz xəlifəliyini elan edib və elə buna əsasən, bu məscidin İŞİD ünsürləri üçün çoxlu əhəmiyyəti vardı.
Məlumatlara görə, İraq qüvvələri sivillərin həyatını qorumaq və öz irəliləyişlərini təxirlə davam etdirməklə Mosulun cənubunda İŞİD ünsürlərini mühasirəyə alıblar.
Bu arada İraq dairələri Mosulun qərbində onlarla İŞİD-çinin öldürüldüyünü bildiriblər.
Digər tərəfdən İraqın Təhlükəsizlik Xidməti İŞİD-in kimyəvi komandanı kimi məşhurlaşmış Ziyad əl-Zubəinin dindirilməsinə başlayıb.
Mosulun İŞİD-in işğalından azad olunması əməliyyatı 2016-cı ilin oktyabr ayından başlandı və İraq qüvvələri təxminən 100 gün ərzində Mosulun şərq hissəsini tamamilə azad etdilər. İraqın müştərək qüvvələri həmçinin 2017-ci il fevral ayından Mosulun qərb hissəsinin azad olunması əməliyyatına başladılar.