Əl-İbadi İŞİD-in İraqdakı "hökuməti"nin sonunu elan etdi
İyun 29, 2017 20:59 Asia/Baku
İraq baş naziri Twitter müraciətində İŞİD terror qruplaşmasının İraqdakı separatçı hökumətinin sonunu elan edib: İŞİD-in bütün üzvlərini öldürəcək və ya əsir götürəcəyik.
Əl-İraqiyyə televiziyasının məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi cümə axşamı günü müraciətində əlavə edib: Ən-Nuri məscidinin ələ keçirilməsi İraqda İŞİD-in batil hökumətinin sonunun elan olunması mənasındadır.
Ən-Nuri məscidi İŞİD başçısı Əbubəkr Bağdadinin 2014-cü il iyunda xilafətini elan etdiyi məsciddir.