Misirdə 147 vətəndaş barəsində edam və həbs qərarı çıxarıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275104-misirdə_147_vətəndaş_barəsində_edam_və_həbs_qərarı_çıxarıldı
Misirin Apelyasiya Məhkəməsi 2 vətəndaş barəsində çıxarılmış edam qərarını habelə, 145 nəfər barəsində çıxarılan uzun müddətli həbs qərarlarını qüvvədə saxlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 07:09 Asia/Baku
  • Misirdə 147 vətəndaş barəsində edam və həbs qərarı çıxarıldı
    Misirdə 147 vətəndaş barəsində edam və həbs qərarı çıxarıldı

Misirin Apelyasiya Məhkəməsi 2 vətəndaş barəsində çıxarılmış edam qərarını habelə, 145 nəfər barəsində çıxarılan uzun müddətli həbs qərarlarını qüvvədə saxlayıb.

Röyters-in verdiyi məlumata görə, Misirin Apelyasiya Məhkəməsi bazar ertəsi günü Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasından sonra çıxan zorakılıqlarda ittiham edilənlərdən 3-ü barəsində çıxarılan ömürlük həbs qərarını ləğv edib. 

Misir qanunlarına əsasən edam hökmu ilə bağlı yekun qərarın qəbul edilməsindən sonra, müttəhimin işi dərhal ədliyyə naziri tərəfindən prezidentə təqdim edilir. Əgər prezident 14 gün ərzində həmin şəxsin bağışlanması və ya cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul etməzsə, məhkəmə qərarı icra ediləcək.