Rusiya: Suriyanın cənubunda atəşkəs bərpa olunacaq
Rusiya xarici işlər naziri Suriyanın cənub-qərbində yeni atəşkəsin bərpa olunacağını bildirib.
İRİB-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Hamburq şəhərində keçirilən 20-lər qrupunun dövlət başçılarının zirvə toplantısının kənarında deyib: İordaniya, ABŞ və Rusiya rəsmiləri İordaniya paytaxtı Əmmanda Suriyanın cənub-qərbində təhlükəsiz zonaların yaradılması üzrə anlaşma əldə ediblər.
Lavrov deyib: Bu atəşkəs 9 iyuldan Dəra, Qünəytrə və Süveydada reallaşacaq və ABŞ və Rusiya ona nəzarət edəcək.
Sergey Lavrov həmçinin Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüş haqda məlumat verib: İki ölkə prezidenti arasında görüş konstruktiv idi. Eyni zamanda Putin və Tramp da Suriyanın cənubunda atəşkəs haqda razılığa gəliblər.
Suriya böhranı 2011-ci ildə prezident Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədiləSəudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının hücumları ilə başlanıb.