İsrail zindanlarında fələstinli qadın məhbuslara hücum
-
İsrail zindanlarında fələstinli qadın məhbuslara hücum
İsrailin Ramun zindanında, zindan gözətçiləri bazar ertəsi günü fələstinli qadın məhbuslara hücum ediblər.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fələstinli Əsirləri Himayə Mərkəzi bir bəyanat yayaraq, bildirib: İsrailin Ramun zindanında bir qrup zindan gözətçisi dəyənək və gözyaşardıcı qazdan istifadə edərək, fələstinli qadın əsirlərə hücum ediblər.
Fələstinin Əsirlər və Azadələr Təşkilatı da bildirib ki, may ayında 8 fələstinli qadının həbs edilməsi ilə İsrail zindanlarında saxlanılan fələstinli qadın əsirlərin sayı 59 nəfərə çatıb.
Hazırda İsrail zindanlarında saxlanılan fələstinli əsirlərin sayının 7000 nəfər olduğu təxmin edilir. Bu əsirlərin 59-u qadın, 350-si uşaq və bir neçəsi də millət vəkilidir. 500 fələstinli isə müvəqqəti təcridxanada saxlanılır.