Ərəbistan, Bəhreyn və Qətər nazirləri arasında çəkişmə
-
Ərəbistan, Bəhreyn və Qətər nazirləri arasında çəkişmə
Ərəb Liqasına üzv ölkələrin rabitə və informasiya nazirlərinin dünən Qahirədə keçirilən iclasında Ərəbistan və Bəhreynin informasiya nazirləri ilə Qətərin informasiya naziri arasında çəkişmə baş verib.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Ərəbistanın informasiya naziri Dohanı ərəb ölkələri arasında ixtilaf törətməkdə ittiham edib və deyib: Qətər terrorçulara yardımları dayandırmalı və terrorçuların bu ölkə telekanallarından istifadəsinə icazə verməməlidir.
Bəhreynin informasiya naziri də Qətərin "Əl-Cəzirə" informasiya kanalından narazılıq edib.
Bəhreynin informasiya naziri Əli Bin Məhəmməd Ər-Rəmihi öz çıxışında deyib: Bəzi medialar terrorçu qruplaşmaları təbliğ etmək üçün tribunaya çevriliblər və bu telekanallar terrorçu qruplaşmaları demokratiya və azadlıq uğurnda savaşan mübariz qruplar kimi qələmə verməyə çalışırlar. Bu medialar terror aktlarını da sivil etiraz aktı olaraq qələmə verirlər. Bu medialar hətta, terrorçu qrupların media qoluna çevriliblər.
Qətərin informasiya naziri isə bu ittihamlara cavab olaraq Bəhreyn medialarını bu ölkə xalqını qorxutmağa cəhd etməkdə ittiham edib.
Seyf Əl-Buəyneyn deyib: Mübahisədə etmək istəmirəm. Amma, təəssüflər olsun ki, Bəhreynin informasiya naziri Əl-Cəzirə kanalının fəaliyyətindən danışdı və mən də ona deyirəm ki, xəlbir ilə günəşin önünü kəsmək olmaz. Həqiqətləri ort-basdır etmək olmaz. Yaxşı bilirik ki, hansı telekanallar o cümlədən sənə məxsus telekanallar xalqı qorxudur, həqiqətləri təhrif və hörmətsizlik edir.
Ərəbistanın informasiya naziri Əvad əl-Əvad öz çıxışında Qətərin ərəb ölkələri arasında ixtilaf saldığını iddia edərək, deyib: Təəssüflər olsun ki, Qətər Ərəb ölkələri arasında ixtilaf törətməyə çalışır və öz media yumruğu yəni Əl-Cəzirə telekanalı vasitəsi ilə fitnəkarlıqla məşğuldur.
Qətərin informasiya naziri ərəbistanlı həmkarının ittihamlarına reaksiya vermək istəsə də, iclas sədri ona söz haqqı verməyib.