Yeni intifazəyə start
-
Yeni intifazəyə start
Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin baş katibinin müavini deyib: Fələstinli gənclərin Məscidül-Əqsadakı şəhadətsevər əməliyyatı yeni intifazənin başlanğıcı olacaq.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Əbu Əhməd Fuad bu telekanala müsahibəsində Məscidül-Əqsada şəhadətsevər əməliyyat barədə verilən suala cavabda deyib: Bu şəhadətsevər əməliyyatda misli görünməmiş irəliləyişdir, ona görə ki, bir neçə gün öncə də Babül-Əmudda başqa bir əməliyyat reallaşdı. Demək bu əməliyyat Babül-Əmuddan başlandı və bu gün əl-Əsbatda və Məscidül-Əqsada müşahidə olunur. Bu bütün Fələstin torpaqlarındakı bütün fələstinlilərin Qüdsün Fələstin paytaxtı olduğuna təkidini göstərir, Fələstin xalqı və gənclər və qəhrəmanlarının öz müqəddəslərini müdafiə etdiklərini nümayiş etdirir.
Bu həm də fələstinli gənclərin öz hüquqlarını öz əlləri ilə bərpa edəcəklərinə təkiddir, ona görə ki, Fələstin xalqının qanuni haqlarının beynəlxalq qurumlar vasitəsi ilə reallaşması mümkünsüzdür. "İki ölkə" adlanan həll yolu da artıq məhv olub və ABŞ prezidenti Donald Tramp ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi kimi bəyanatlarla çıxış edib. Bütün bunlar Fələstin xalqının hüquqlarının tapdalanmaqda olduğunu göstərir, məhz buna görə də, Fələstin xalqı Fələstinin əbədi paytaxtı olan Qüdsdə öz müqavimət qəhrəmanlıqlarını hamının gözü önündə nümayiş etdirir.