İyul 19, 2017 19:06 Asia/Baku
  • Fələstinin xristian lideri sionist işğalçılarla mübarizəni vurğuladı

Fələstinin Ortodoks Xristianları lideri xristian liderlərin və dünyanın insan haqları müdafiəsi təşkilatlarının sionist rejimin təcavüzkarlığı qarşısında təcili yardım etmələrini istəyib.

Qüdsənanın məlumatına görə, Fələstinin Ortodoks Xristianları lideri Ətaulla Həna bir bəyanatda bildirib: Bu günlər sionistlərin əl-Əqsa məscidinə qarşı sərt hərəkətləri artıb. Belə ki, onların məqsədi bu məscidi zaman və məkan cəhətindən bölmək və onun üçün yeni reallıqları tənzimləmək aydın şəkildə müşahidə olunur.

Baş Yepiskop Ətaulla Həna bildirib: Qüdsdə həm müsəlmanlar, həm də xristianlar atributları və müqəddəsləri ilə birlikdə işğalçılar tərəfindən hədələnirlər və sionistlər müsəlmanlar və xristianlar arasında heç fərq qoymurlar.

Baş Yepiskopun bəyanatında bildirilir: Fələstin xalqı azadlıq və öz hüququnu qaytarmaq üçün mübarizə aparan vahid millətdir. Buna görə xristianlar sionist rejimin müqəddəslərə hücumları ilə mübarizədə müsəlmanları öz qardaşları hesab edirlər.

Teqlər