Beytləhmdə cinayət; Fələstinli gənc şəhid edildi
-
Beytləhmdə cinayət; Fələstinli gənc şəhid edildi
İsrail hərbçiləri İordan çayının qərb sahilində, Beytləhm şəhərinin şərqində yerləşən Təqu qəsəbəsində fələstinli bir gənci güllələyərək, şəhid ediblər.
İşğalçı qüvvələr Məhəmməd Tənuh adlı bu fələstinli gəncin soyuq silahla onlara hücum etmək istədiyini iddia edirlər. Və elə bu bəhanə ilə atəş açaraq, onu şəhid etdiklərini deyirlər. Fələstin mediaları isə İsrail ordusunun bir ədəd zirehli maşınının şəhid edildikdən sonra Məhəmməd Tənuhun cənazəsinin üstündən keçdiyini bildiriblər. İsrail hərbçiləri əhalinin və təcili yardım maşınlarının hadisə yerinə yaxınlaşmasına icazə verməiblər. Bu, ötən 2 gün ərzində İsrail hərbçiləri tərəfindən şəhid edilən ikinci fələstinlidir. İsrail hərbçiləri bundan öncə Əl-Xəlil şəhərinin yaxınlığında bir fələstinlini şəhid etmişdilər.
Sionist rejimin Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik tədbirlərini artırmasının ardınca işğal olunmuş ərazilərdə vəziyyət xeyli gərginləşib.