İyul 22, 2017 12:38 Asia/Baku
  • Ərsal əməliyyatının ilk günündə 9 bölgə azad edilib
    Ərsal əməliyyatının ilk günündə 9 bölgə azad edilib

Livanın şərqində Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatının ilk günündə Hizbullah qüvvələri Suriya ordusunun köməyi ilə 9 önəmli bölgəni Cəbhətünnüsrə terrorçularının işğalından azad edilbər.

Livanın Ərsal və Suriyanın Əl-Qələmun bölgələrinin azad edilməsi əməliyyatının baş qərargahı bildirib: Bu əməliyyat üçün zaman məhdudiyyəti yoxdur və bu ərazilərin terrorçu qruplardan tamamilə təmizlənilməsinədək davam etdiriləcək. 

Qərbi Əl-Qələmun Suriya ərazisində, Ərsal yüksəklikləri isə Livanda yerləşsə də, bitişik ərazi hesab olunur. Suriya böhranının gərginləşməsi nəticəsində daha çox Cəbhətünnüsrə terror qrupuna aid olan silahlı qruplar bu ərazidə yerləşiblər. 

Livan Hizbullahının baş katibinin müavini şeyx Nəim Qasim Ərsalın və Əl-Bəqa bölgəsinin azad edilməsinin vacibliyini vurğulayaraq deyib: Bu müharibə Əl-Qələmunun azad edilməsi əməliyyatı ilə start götürən davamlı qələbələrin ilk mərhələsidir və Suriyanın Əzzübdani və Məzaya bölgələrinin tamamiylə terrorçulardan təmizlənilməsinədək davam etdiriləcək. 

Livan Hizbullahının müavini deyib: Bu gün müqavimət qüvvələri Livanın torpaqlarının bir hissəsini bomba və partlayıcı maddələrlə doldurulmuş avtomobillər hazırlamaq məkanına çevirənlərlə mübarizədədir. Terrorçular bu ərazidə qondarma hökumət yaratmaq arzusundadırlar. 

Şeyx Nəim Qasim deyib: Müqavimət məhvəri olmadan təkfirçi planların məğlubiyyətə uğradılması mümkün deyildi və 2014-2017-ci illərdə təkfirçi qrupların zəiflədilməsi mümkün olmayacaqdı. 

Teqlər