Yəmən Ənsarullahı Livan Hizbullahına yardım etməyə hazırdır
Yəmən Ənsarullahının rəhbəri bildirib: Yəmən xalqı sionist düşmənə qarşı hər hansı müharibədə iştirak etməyə hazırdır.
Əbdül-Malik Əl-Husi zalımlara fəryad əməliyyatının ildönümü münasibəti ilə deyib: Biz hər hansı şəraitdə sionist rejim ilə qarşılaşmağa hazırıq. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ , Britaniya və digər ölkələr tərəfindən təcavüzə məruz qaldığımız şəraitdə belə buna hazırıq.
O Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullaha xitabən deyib: Yəmən xalqına güvənin, ona görəki sizin sionist düşmənə qarşı mübarizənizdə gələcəkdə döyüşçü göndərməyə hazırıq.
Yəmən Ənsarullahının baş katibi deyib: Amerika terrorizm ilə mübarizə bəhanəsi ilə təhlükəli niyyətlər ardıncadır və bu niyyətlərin ən başlıcası islam dünyasını öz nəzarətinə almaqdan ibarətdir.
O deyib: Bir çox ərəb və müsəlman dövlətlər ABŞ-ın istəklərini yerinə yetirirlər, bu da, nəinki Amerikanın region siyasətlərinə müsbət mənada təsir etmir, hətta onun məkirli planlarının reallaşmasını asanlaşdırır.
Ənsarullahın baş katibi deyib: ABŞ-ın terrorizm ilə mübarizə yolu ilə həyata keçirmək istədiyi məqsədləri son dərəcə təhlükəlidir, islam dünyasının istismarı, ərəb və islam dünyasını birbaşa nəzarətə almaq, müsəlman ölkələrini məğlubiyyətə uğratmaq, xalqları dağıtmaq və tapdalamaq, müsəlmanların müqəddəratına hakim kəsilmək və onların sərvətlərinə yiyələnmək, eləcə də islami quruluşlara son qoymaq bu məqsədlərə daxildir.