İyul 26, 2017 18:08 Asia/Baku
  • BMT Yəməndə iki milyon uşağın vəziyyəti haqda xəbərdarlıq edib
    BMT Yəməndə iki milyon uşağın vəziyyəti haqda xəbərdarlıq edib

BMT xəbərdarlıq edib ki, Yəməndə iki milyon uşaq geniş qeyri-münasib qidalanmadan əziyyət çəkir və savaş, yoxsulluq və vəba bu ölkəni qıtlıq astanasında qoyubdur.

Frans-Press-in məlumatına görə, BMT-nin tabeliyində olan üç orqan, o sıradan Ümumdünya Ərzaq Proqramı, YUNİSEF və Ümumdünya Səhiyyə Təşkilatı bir bəyanatda bildiriblər ki, Yəməndəki uşaqların səksən faizə yaxını təcili humanitar yardıma ehtiyaclıdır və Yəməndə vəbanın yayılması 1900 nəfərin ölümünə bais olubdur. Bu xəstəliyə yoluxma üzrə 400 minə yaxın şübhəli hal da qeydə alınıbdır.

Ümumdünya Ərzaq Proqramı, YUNİSEF və Ümumdünya Səhiyyə Təşkilatı bir bəyanatda xəbərdarlıq ediblər ki, qeyri-münasib qidalanma uşaqları vəba qarşısında daha kövrək edibdir; xəstəliklər də daha çox qeyri-münasib qidalanmanı meydana gətirirlər.

 

Teqlər