Yəməndə bir qrup səud muzduru öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277748-yəməndə_bir_qrup_səud_muzduru_öldürülüb
Yəmənin ordu və xalq komitələri qüvvələri Əlbiyza vilayətindəki "Zi Naəm" rayonunda səud-amerikan muzdurlarının hücumunu dəf ediblər. Nəticədə bir qrup təcavüzkar ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2017 12:05 Asia/Baku
  • Yəməndə bir qrup səud muzduru öldürülüb
    Yəməndə bir qrup səud muzduru öldürülüb

Yəmənin ordu və xalq komitələri qüvvələri Əlbiyza vilayətindəki "Zi Naəm" rayonunda səud-amerikan muzdurlarının hücumunu dəf ediblər. Nəticədə bir qrup təcavüzkar ölüb və yaralanıb.

IRNA-nın məlumatına görə, həmçinin Yəmənin ordu və xalq komitələrinin artilleriyası səud muzdurlarının Əlbiyza vilayətində yerləşən Əlzəhhar şəhərindəki istehkamlarını hədəfə alıb. Nəticədə onlardan bir qrupu yaralanıbdır.

Digər bir xəbərə görə, yəmənli qüvvələrin səud təcavüzkarların Yəmənin Əlcuf vilayətində yerləşən Əlğil rayonundakı toplanma mərkəzinə qarşı raket hücumunda onların bir qrupu öldürülüb və digər bir qrup təcavüzkar da yaralanıbdır.

Digər tərəfdən, təcavüzkar səud qırıcılarının Yəmənin Səədə vilayətinin Razəh şəhərində yerləşən Bərkan məntəqəsindəki şəhərlərarası şose yoluna qarşı iki hücumunun ardınca bir şəxsi avtomobil məhv edilib və yəmənlilərin maliyyələrinə xəsarətlər dəyibdir.

Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə Amerikanın dəstəyilə 2015-ci ilin martından Yəmənə hərbi hücum edib, bu ölkəni qurudan, havadan və dənizdən mühasirəyə alıbdır.