Misirdə sionist rejimin bayrağı yandırılıb
Bir qrup siyasi fəal Misir Jurnalistlər Birliyi məkanında keçirilən "Məsciduləqsaya Kömək" konfransında sionist rejimin bayrağını yandırıb.
IRIB-nin məlumatına görə, "Məsciduləqsaya Kömək" konfransının iştirakçıları, o cümlədən sionistlərin boykot edilməsi çağırışının əsas himayədarı olan Rami Şəəs və Yəhya Əlqəzaz sionist rejimin Məsciduləqsadakı cinayətlərinin ardınca bütün dünya müsəlmanlarını bu məscidə kömək etməyə çağırıblar.
Misir Jurnalistlər Birliyinin üzvü Muhəmməd Səid Əbd Əlhafiz konfransın açılışında ərəb dövlətləri və dünya ictimaiyyətinin Məsciduləqsadakı son olaylar qarşısında susmalarını tənqid edərək, Beytulmuqəddəs əhalisindən üzrxahlıq edibdir.
Sionist rejim hərbçiləri iyulun on dördündən on altısınadək sionist rejimin baş naziri Benyamin Netanyahunun göstərişilə Məsciduləqsanın qapılarını fələstinli namazqılanların üzünə bağladılar və onun açılmasından sonra da bu məscidin girəcəklərində yoxlama-buraxılış postları quraşdırdılar. İsrail rejiminin bu hərəkəti fələstinlilərin geniş etirazları ilə üzləşibdir.