Sionistlər Ramullahda bir neçə medianın ofisinə hücum ediblər
-
Sionistlər Ramullahda bir neçə medianın ofisinə hücum ediblər
Sionist rejim hərbçiləri ötən gecə Ramullahda bir neçə medianın ofisinə hücum edərək onların avadanlıqlarına ciddi xəsarət yetiriblər.
Balmedia media xidmətləri göstərən şirkətdir və Russia Today, əl-Məyadin, əl-Minar və əl-Qüds televiziyalarının ofisləri bu şirkətdə yerləşir.
Şahidlər bildiriblər ki, sionist rejimin 10 ədəd avtomobili bu şirkətin binasını mühasirəyə alıblar. Bu rejim hərbçiləri qapını sındırdıqdan sonra şirkətə daxil olub və bəzi avadanlıqlara ciddi ziyan vurublar.
İslam Radio və Televiziyalar Birliyi sionist hərbçilərin Birlik Üzvlərinin ofisinə hücumu pisləyib.
İslam Radio və Televiziyalar Birliyi bununla əlaqədar bəyanat verib. Bəyanatda bildirilir: İslam Radio və Televiziyalar Birliyi sionist rejim hərbçilərinin 29 iyulda birliyə üzv Balmedia şirkətində bəzi medialar, o cümlədən əl-Minar, əl-Aləm, əl-Qüds, beynəlxalq medialar, o cümlədən Russia Today və əl-Məyadin televiziyasına hücumunu sərt şəkildə pisləyir. Sionist rejim hərbçilərinin Ramullaha hücumunda bu ofislər təftiş olunmuş və avadanlıqlara ciddi ziyan vurulmuşdur. Quraşdırılmış kameralar sıradan çıxarılmış və bu hücumun kadrlarını qeydə almamışdır.
İslam Radio və Televiziyalar Birliyi öz dərin nifrətini bildirərək bu vəhşicəsinə hücumun sionistlərin söz azadlığından qorxusu, Fələstin məsələsinə dəstəkdə müstəqil mediaların addımlarına dözməməsi və bu mediaların həqiqətləri dünyanın ümumi fikrinə çatmasının qarşısını almağa cəhd göstərdiyini əks etdirir. Sionist rejim bu ofislərin kadrları və arxiv materiallarının yayılması qorxusundan onları oğurlamışdır.
Qeyd edək ki, sionist hərbçilər ötən həftə əl-Xəlil şəhərinə oxşar hücumu etmişlər.
İslam Radio və Televiziyalar Birliyi bildirir ki, Fələstin xalqını dəstəkləmək üçün media borcu istiqamətində bütün imkanlarını Fələstin və islam mediaları üçün səfərbər edəcək.