Təlləfərdə 17 kənd azad edilib
İraqın xalq səfərbər qüvvələri bu gün Mosulun qərbində Tələfərin cənub şərqində 17 kəndi terrorçulardan azad ediblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Həşədüşşəbinin xəbər portalı bu qüvvələrin Tələfərin yaxınlığında 17 kəndi terrorçulardan azad etməsini bildirib. Azad edilmiş ərazilərdə İŞİD terrorçularının silah anbarının müəyyənləşməsi, ərazinin minalardan təmizlənməsi əməliyyatına başlanılıb.
Neynəva əməliyyatının komandanı General Nəcm Əccəburi də Təlləfər şəhərində 1500 terrorçunun olduğunu deyib və Təlləfərin azad edilməsi əməliyyatının Mosul əməliyyatı kimi çox uzanmayacağını proqnozlaşdırıb.
İraqın baş naziri Heydər Əl-İbadi də öncə demişdi ki, Bağdad Təlləfərin, Əl-hüveycənin və Ələnbar vilayətinin qərb ərazilərinin İŞİD-in işğalından azad edilməsində qərarlıdır.