Suriyanın müdafiə naziri bu ölkə xalqının yaşayışının adi vəziyyətə qayıtmasından xəbər verib
Avq 02, 2017 12:13 Asia/Baku
Suriyanın müdafiə naziri bildirib ki, terror qruplarının Suriyadakı planı uğursuz qalıb və xalqın yaşayışı adi vəziyyətə qayıdıbdır.
IRIB-nin məlumatına görə, Suriyanın müdafiə naziri Əlimad Fəhd Casim Əlfəric dünən gecə bu ölkə ordusunun yaradılması günü münasibətilə ordunun terrorçularla savaşdakı uğuruna işarə edərək, deyib: Adi yaşayışın Suriyanın müxtəlif məntəqələrinə qayıtması, terror planının uğursuz qalması və ordunun döyüş meydanlarında təşəbbüsü ələ alması terrorçuların bu ölkədə məğlub olmalarının ən mühüm nişanələrindəndir.