Avq 05, 2017 12:24 Asia/Baku
  • Onlarla iordaniyalı parlament üzvü sionist rejim səfirinin çıxarılmasını istəyib
    Onlarla iordaniyalı parlament üzvü sionist rejim səfirinin çıxarılmasını istəyib

Sionist rejim səfirinin İordaniyadan çıxarılmasını istəyən bu ölkə parlamenti üzvlərinin sayı 82 nəfərə çatıb.

İordaniya məclisinin 130 nümayəndəsindən səksən nəfəri bu ölkə dövlətindən istəyibdir ki, sionist rejimin Əmmandakı səfirini qovsun, bu rejimin səfirliyini bağlasın və İordaniyanın işğal olunmuş Fələstindəki səfirini geri çağırsın.

Bu tələblər ona görə irəli sürülür ki, sionist rejimin Əmmandakı səfirliyinin işçilərindən biri ön gün bundan öncə tam soyuqqanlılıqla iki İordaniya vətəndaşını qətlə yetiribdir.

Onlar İordaniya dövlətinin sionist rejim səfirliyi mühafizəçisinin atəş açaraq, iki iordaniyalını öldürməsi qarşısında ciddi ölçü götürməsini tələb ediblər və xəbərdarlıq ediblər ki, əks halda özləri buna münasib reaksiya göstərəcəklər.

Bu etiraz məktubunu imzalayanlar İordaniya dövlətinin bu cinayətlə anlaşmasına və cinayətkarı sionist rejim dövlətinə təhvil verməsinə etiraz ediblər, zira İordaniya dövləti vəd vermişdi ki, onun İordaniyanı tərk etməsinə icazə verməyəcək və yalnız onun bu ölkədə istintaq olunmasından sonra buna yol verəcəkdir. Lakin İordaniya dövləti cinayətin baş verməsindən 24 saat sonra ona işğal olunmuş Fələstinə getmək icazəsi verdi. 

İordaniyanın paytaxtı Əmmanın sakini olan minlərlə iordaniyalı dünən sionist rejimin bu şəhərdəki səfirliyi önündə aksiya keçirərək, iki iordaniyalının bu səfirliyin gözətçisi tərəfindən öldürülməsi, eləcə də Məsciduləqsa xüsusiyyət təşkil etməklə Qüds şəhərindəki repressiyaların davam etməsini pisləyibdir. İordaniya xalqı bu aksiyada həmçinin sionist rejimlə qaz ticarəti müqaviləsinə etiraz edib. Onlar bir plakatda belə yazmışdılar: İsrail rejiminin qazı elə işğalçılığın özüdür. 

Sionist rejimdən qazın satın alınması barədə müqavilə İordaniyanı bu ekspansianist rejimdən asılı etməklə bərabər, İordaniyanın fələstinlilərin sərvətlərinin qarət edilməsində bu işğalçı rejimlə əlbir olması hesab olunur.

İordaniya Misirdən sonra sionist rejimlə siyasi və iqtisadi münasibətlər qurmuş ikinci ərəb ölkəsidir.

Teqlər