Yəmənin Təiz vilayətində bir qrup sudanlı hərbçi öldürülüb
-
Yəmənin Təiz vilayətində bir qrup sudanlı hərbçi öldürülüb
Təcavüzkar səud qüvvələrinin tabeliyində olan bir qrup sudanlı hərbçi və muzdur Yəmənin Təiz vilayətinin Muvəzzə nahiyəsinin Əlhamili məntəqəsində irəliləmək üzrə səylərinin uğursuz qalması nəticəsində öldürülübdür.
Əlaləm telekanalının məlumatına görə, yəmənli qüvvələr Yəmənin Təiz vilayətinin Muvəzzə nahiyəsinə doğru irəliləməyə cəhd edən təcavüzkar səud koalisiyasının tabeliyində olan bir qrup sudanlı hərbçi və muzdurun hədəfə alınması barədə təsvirlər yayıblar.
Təsvirlər hərbi avtomobil və təchizatların birbaşa surətdə hədəfə alınması anını göstərir. Belə bir halda, digər təsvirlər həmin məkanın məhv edilməsi və oradakı bütün şəxslərin öldürülməsilə nəticələnən səud muzdurlarının toplantı mərkəzlərinin atəşə tutulmasını göstərir.
Hərbi bir mənbə ağır yaralanmış muzdurların rəhbərlərindən olan Həmdi Şukri daxil olmaqla onlarla sudanlı və muzdurun ölməsi və yaralanmasından xəbər verib.
Şəbuhdakı yəmənli qüvvələr qəfil bir hücumda muzdurların Bihan və Əsilan cəbhələrindəki mövqelərini hədəfə alıblar ki, nəticədə muzdurlara ağır maddi və insan xəsarətləri dəyibdir. Onların bir neçə hərbi avtomobili də məhv edilibdir.
Yəmənlilərin tayı olmayan nailiyyətləri burada bitməyib və yəmənli qüvvələr səud təcavüzkarlarının Əlməxa limanındakı bir hərbi gəmisini birbaşa şəkildə hədəfə alıblar. Beləliklə, səudların hədəfə alınmış gəmi və qayıqlarının sayı on iki gəmiyə, bir hərbi gəmiyə və on birdən çox hərbi qayığa çatıbdır ki, bunlar Ərəbistanın təcavüzünə reaksiya əməliyyatının başlanmasından bəri hədəfə alınıblar.
Yəmənli qüvvələrin uğurları Ərəbistanın daxilinə də çəkilibdir. Belə ki, səud qüvvələrinin Nəcrandakı Əlzilə məntəqəsindəki toplantı məkanı və mövqeləri onlarla ağır raketlə hədəfə alınıb. Həmçinin Ərəbistan ordusunun Nəcranda yerləşən Əlxəzra keçidi yaxınlığındakı mövqeləri, həmçinin Cizandakı Əlnəşə mövqeləri raket atəşinə tutulubdur ki, nəticədə bu mövqelərin bəziləri məhv edilib və bir qrup hərbçi də öldürülübdür.