Yəmən sülhü bərpa edəcək hər bir fürsəti müsbət qarşılayır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279950-yəmən_sülhü_bərpa_edəcək_hər_bir_fürsəti_müsbət_qarşılayır
Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmmad bu şuranın təşkil olunmasının ilk illiyində bildirib ki, dəhşətli müharibəyə və mühasirəyə son qoyacaq ədalətli və daimi sülhün bərpa olunması üçün Yəmən hər bir fürsəti müsbət qarşılayır. Əs-Səmmad qeyd edib ki, Yəmən ağır və geniş hücumlara məruz qalıb. Amma bu ölkə vətəndaşları onunla mübarizə üçün hər bir vasitə və metoddan istifadə edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2017 15:23 Asia/Baku
  • Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmmad
    Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmmad

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmmad bu şuranın təşkil olunmasının ilk illiyində bildirib ki, dəhşətli müharibəyə və mühasirəyə son qoyacaq ədalətli və daimi sülhün bərpa olunması üçün Yəmən hər bir fürsəti müsbət qarşılayır. Əs-Səmmad qeyd edib ki, Yəmən ağır və geniş hücumlara məruz qalıb. Amma bu ölkə vətəndaşları onunla mübarizə üçün hər bir vasitə və metoddan istifadə edəcəklər.

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh əs-Səmmad deyib: Biz ədalətli və daimi sülhü bərpa etmək və Yəmən müharibəsi və mühasirəsinə son qoyacaq hər bir fürsəti dəstəkləyirik. Yəmənə hücumların geniş olması, Yəmən vətəndaşlarının qarşılaşdığı problemlərin ciddi olmasına və düşmənlərin yəmənlilər arasında milli birliyi məhv etmələrini istəmələrinə baxmayaraq, şərait günü-gündən bizim üçün daha da yaxşılaşır.

Digər tərəfdən hərbi dairələr bildiriblər ki, Marib vilayətində Kufel bazası yaxınlığında Yəmən qüvvələrinin təcavüzkar qüvvələrin əməliyyat otağına hücumunda təcavüzkarların azı 50 hərbi məsulu, o cümlədən ordunun bir neçə komandanı öldürülüb, ya yaralanıb.

Sirvahda da Yəmən ordusu və xalq qüvvələrinin Vadi Rəbiə bölgəsinə hücumunda 18 təcavüzkar öldürülüb.

Yəmənli hərbçi deyib: Düşmənlər və təcavüzkarlar qarşısında heç vaxt geri çəkilməyəcəyik. Təcavüzkarlar bilməlidirlər ki, bizim onlarla savaşımız üzbəüzdür. Onları harada tapsaq, buraxmayacağıq.

Yəmənin cənubunda məlumatlı dairələr bildiriblər ki, ingilis hərbçilərin yeni qrupu Ədənə daxil olub. Yenicə gələn ingilis hərbçilər bu bölgədə təcavüzkar ölkələrin nəzarət etdiyi strateji mövqelər və istehkamlarla yaxından tanış olublar. İngiltərənin Yəmən olaylarına daxil olması və bu ölkə hərbçilərinin Ədənə ezam olunması Yəmən xalqına 50 il öncə sona çatan İngiltərənin müstəmləkəçiliyi illərini xatırladır. Görünür ingilislər Yəməni yenidən müstəmləkəyə çevirmək həvəsinə düşüblər.