Avq 17, 2017 12:56 Asia/Baku
  • On minlərlə iraqlı hərbçi Tələfər əməliyyatının başlanmasını gözləyir
    On minlərlə iraqlı hərbçi Tələfər əməliyyatının başlanmasını gözləyir

İraqın baş naziri Heydər Əlibadinin Mosuldan qərbdə yerləşən Tələfər şəhərinin İŞİD-in işğalından azad edilməsi zamanının gəlib çatması haqdakı sözlərinin ardınca 35 iraqlı hərbçi bu şəhərin divarlarının arxasında yerləşibdir.

İraqda terrorizmlə mübarizə təşkilatı qüvvələrindən olan zabit Nəsrullah Fəthullah IRNA ilə müsahibədə bildiribdir ki, iraqlı qüvvələr Tələfərin geri alınması üzrə əməliyyatın başlanmasını gözləyirlər.

O, deyib: İraq ordusunun ilkin əməliyyatı qırıcıların İŞİD terrorçularının bu şəhərdəki mövqelərinə qarşı hava hücumları ilə başlanacaq ki, terrorçuların gücünün darmadağın edilməsindən sonra Tələfəri təmizləməyə başlasınlar. 

Nəsrullah Fəthullah əlavə edib: İraqlı qüvvələrin başlıca nigarançılığı İŞİD-in qadınlar və uşaqlardan insan qalxanı kimi istifadə etməsidir. Zira onlar bütün döyüşlərdə bu taktikadan istifadə ediblər.

İraq müştərək əməliyyat qərargahının sözçüsü Yəhya Əlzubeydi də iraqlı qüvvələrin Tələfər şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatının başlanmasına hazır olmalarından xəbər verib. Bildirib ki, Tələfərdə İŞİD ünsürlərinə qarşı önləyici və yorucu hücumlar, o sıradan terrorçuların toplantıları və komandanlıq mərkəzlərinin hədəfə alınması başlanıbdır.

Terrorçuların Tələfər şəhərindəki yerləşmə mərkəzləri ötən həftə əlli dəfədən çox hava hücumlarına məruz qalıbdır.

Teqlər