BMT: 20 milyon yəmənli təcili şəkildə yardımlara ehtiyaclıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280078-bmt_20_milyon_yəmənli_təcili_şəkildə_yardımlara_ehtiyaclıdır
BMt cümə axşamı günü Yəməndə acınacaqlı insan durumundan dərin nigaran olduğunu bildirərək deyib: 20 milyondan çox yəmənli təcili şəkildi yardımlara ehtiyaclıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2017 10:00 Asia/Baku
  • BMT: 20 milyon yəmənli təcili şəkildə yardımlara ehtiyaclıdır

BMt cümə axşamı günü Yəməndə acınacaqlı insan durumundan dərin nigaran olduğunu bildirərək deyib: 20 milyondan çox yəmənli təcili şəkildi yardımlara ehtiyaclıdır.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Cimmi Makgoldrik Yəməndə müharibənin davam etməsinin bu ölkənin dünyada ən böyük insan böhranı ilə üzləşdiyinə toxunaraq deyib: Yəmən vətəndaşları qida maddələri, dərman preparatları və səhiyyə vasitələrinə ehtiyaclıdırlar.

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. İstefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara gətirmək bəhanəsi ilə bu ölkəni havadan, dənizdən və qurudan mühasirəyə alıb.