Avq 19, 2017 20:07 Asia/Baku
  • Əbdül-Məlik Bədrəddin
    Əbdül-Məlik Bədrəddin

Yəmənin Ənsarullah Hərəkatının baş katibi deyib: Yəmən tale yüklü mərhələdədir və bütün yəmən xalqının üzərinə düşən məsuliyyət, vəhdətdə olmaq və təcavüzkarlarla qarşılaşmaqdan ibarətdir.

Yəmənin Əl-Məsirə telekanının verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının baş katibi Əbdül-Məlik Bədrəddin bu gün Sənada yəmənli alimlər və tanınmış simaların toplusunda deyib: Mühasirəyə alanlar Yəmən xalqını iqtisadi cəhətdən çətin durumda qoymağa cəhd göstərdilər amma Ali-Səud rejimi bu sahədəki cəhdlərinə rəğmən məğlubiyyətə uğradı və məqsədlərinə nail ola bilmədi. 

Əbdül-Məlik Bədrəddin deyib: Yəmənin daxili cəbhəsinin vəhdəti düşmənlərin məkirli planlarının məğlubiyyətinə kömək edir . Düşmənlər özlərinin yeni planları ilə Yəmən müharibəsini öz seyirlərinə yekunlaşdırmaq istəyirlər amma Yəmən xalqının müqaviməti düşmənləri öz məqsədlərində nakam qoydu. 

Teqlər